Adnan Oktarın gözəlçəsi: «PKK qorxulacaq bir təşkilat deyil» — VİDEO

Day.Az представляет новость на азербайджанском языке.

Türkiyənin A9 telekanalında Adnan Oktarın proqramının aparıcılarından olan Didem Ürerin açıqlaması ölkədə birmənalı qarşılanmayıb.

Milli.Az Vatan-a istinadən bildirir ki, Beyaz TV telekanalında Tahir Sarıkayanın aparıcısı olduğu "Uyan Türkiyem" proqramına qatılan Didem Ürerin dediyinə görə, kürdlərin terrorçu PKK təşkilatı onları ölümlə təhdid edir. "PKK bizi sürəkli təhdid edir. Bizi öldürmək istəyirlər. Halbuki PKK bu qədər qorxulacaq bir təşkilat deyil.

PKK əslində qorxaqdır — təbliğatı sayəsində özünü güclü təqdim edə bilir. PKK-nın təhdidlərindən sonra polis Adnan Oktarı qorumağı təklif etdi. Hocamız bunu qəbul etmədi. Bilirsinizmi, telekanallarda teraktlardan və PKK hücumlarından sonra "ocaqlara yas düşdü" tipli xəbərlər yayılanda PKK əslində təbliğ olunur", — D.Ürer söyləyib.

D.Ürerin dediyinə görə, PKK-nıın sonu çatıb: "İŞİD var və bu terrorçu təşkilat Türkiyə üçün birinci dərəcəli təhlükə deyil. İŞİD sürəkli deyir ki, PKK-nın kökünü kəsəcək. PKK artıq Türkiyə hökumətinə təslim olmalıdır".

Videonu izləmək üçün şəkilə klikləyin.

фото

Источник: day.az


Pin It

Добавить комментарий

Ваш e-mail не будет опубликован. Обязательные поля помечены *

Можно использовать следующие HTML-теги и атрибуты: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>