Bakıda qeyri-adi evlilik təklifinə cavab


 Aysel Əlizadə Ramin Hacılıya hansı cavabı verəcək?

“Bir neçə şərtim var, əgər onları qəbul edərsə, müsbət cavab gözlənilə bilər…”

İyunun 28-də Bakıdakı Muğam Mərkəzində keçirilən “TED x” tədbirində maraqlı olay yaşanıb. Tədbirdə məruzəçi kimi “Yüklənmə” mövzusunda çıxış edən Ümid Partiyasının sədr müavini Ramin Hacılı yekunda hamını şoka salacaq bir addım atıb. O, çıxışının sonunda tanınan yazıçı-jurnalist Aysel Əlizadəyə evlənmək təklifi edib.

Maraqlıdır, xanım yazarımız təklifi necə dəyərləndirməyi düşünür?

Bu barədə suallarımızı cavablandıran A.Əlizadə bildirdi ki, R.Hacılının evlilik təklifini məhz o cür, ictimai formada etməsi xanım olaraq xoşuna gəlib: “Təklif ictimai xarakter daşıdı, amma cavab ictimai xarakter daşımamalıdır. Cavab çox özəl olacaq”.

R.Hacılı ilə münasibətlərinin sferasından danışan A.Əlizadə daha sonra bunları söylədi: “Mənim üçün ən önəmlisi insanlar arasındakı dostluqdur. Bu dostluq tək kişi-qadın arasında deyil, valideyn-övlad arasında da ola bilər. Bu dostluq həm də qarşındakı insanı hər şeydə dəstəkləmək bacarığıdır. O mənada biz anlaşırıq. Amma evlilik bir az başqa müstəvidə, çoxşaxəli münasibətdir. Evliliyə tək dostluq yetməyə bilər”.

Evlilik təklifinin müsbət, yaxud mənfi olacağı barədə sualımızı isə Aysel xanım belə cavablandırdı:

“Bir neçə şərtim var, əgər onları qəbul edərsə, müsbət cavab gözlənilə bilər”.

“Şərti şumda kəsək ki, xırmanda yabalaşmayaq” atalar misalını, deyəsən, əsas götürür Aysel xanım…

Zarafatyana cavabını davam etdirən A.Əlizadə təklifin ictimai xarakter daşıdığı kimi şərtlərin qəbulunun da belə olması gərəkdiyini bildirdi. “Əgər ictimaiyyət qarşısında bu şərtlərimi qəbullanıb, əməl edəcəyinə söz versə, biz də hamılıqla ona hə deyərik”, – söyləyərək gülür.

Yekunda Ramin bəyin onun üçün daşıdığı önəmi vurğulayan Aysel xanım müsbət yekuna inandığını dedi:

“Yəqin ki, hər şey yaxşı olacaq… Bilirsiniz, hər kəsin həyatında eniş-yoxuş, uğursuzluqlar olur. Amma axır-əvvəl insan layiq olduğuna sahib olur. Hər halda Ramin mənim üçün çox dəyərlidir”.

Sonda bildirək ki, həmin tədbirdə A.Əlizadə zalda olub və videodan da göründüyü kimi xanım yazarın özü üçün də təklifin auditoriya qarşısında səsləndirilməsi gözlənilməz olub.

R.Hacılı Aysel Əlizadə ilə ilk tanışlığı haqda danışıb. O, deyib ki, ötən il prezident seçkiləri günü Aysel Əlizadə ilə tanış olub: “Onun əvvəllər evli olduğunu, bir övladının olduğunu bildim. Amma eşitdim ki, hazırda evli deyil. Təbii ki, ümidləndim. Ümidləndim və… Buradan ona evlənmə təklifi edirəm”. Onun bu təklifi zalda böyük coşğuya səbəb olub və alqışlarla qarşılanıb.

Yeni Müsavat

Mənbə: milli.az

Pin It

Şərh yazın

Sizin e-poçt ünvanınız gizli saxlanılacaq, saytda heç kimə görsənməyəcək. Zəruri olan sahələr * ilə işarələnib

Siz bu HTML etiket və atributlardan istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>