Gələcəyin sərnişin təyyarəsi: “Boeing” təqdim etdi

"Boeing" şirkəti ABŞ Aeronavtika və Astronavtika İnstitutunun konfransında hiper səs sürətli sərnişin təyyarəsinin konseptini təqdim edib.

Milli.Az lent.az-a istinadən xəbər verir ki, bu barədə şirkətin saytında məlumat verilib.

"Boeing"də hesab edirlər ki, 20-30 il sonra sərnişin avianəqliyyatı səsdən 5 dəfə sürətli hərəkət edə biləcək. Təqdim olunan konseptin həm kommersiya, həm də hərbi sahədə tətbiqi olacaq.

Hazırda təyyarə istehsalı ilə məşğul olan bütün iri şirkətlərin tədqiqatlarının əsas istiqamətlərindən biri məhz hiper səs sürətli sərnişin təyyarələrinin yaradılmasıdır. Bu cür təyyarələr uçuşlarda vaxta ciddi şəkildə qənaət etməyə imkan verəcək.

"Boeing"in təqdim etdiyi konseptin fotosunda elə də böyük olmayan təyyarə təsvir edilib. Bu tip təyyarənin 200-300 insan daşıyıb-daşımayacağı hələlik qaranlıq qalır. Şirkət hər hansı təfərrüat verməyib.

Milli.Az

Mənbə: milli.az

Pin It

Şərh yazın

Sizin e-poçt ünvanınız gizli saxlanılacaq, saytda heç kimə görsənməyəcək. Zəruri olan sahələr * ilə işarələnib

Siz bu HTML etiket və atributlardan istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>