iOS 12 ilə dəyişən və təkminləşən 5 funksiya

Sentyabrda stabil versiyası çıxması planlanan iOS 12 bildiyimiz kimi 3-4 gün əvvəl Public Beta olaraq hərkəs üçün yayımlanmışdı.

Milli.Az technote.az-a istinadən bildirir ki, yükləmək üçün əvvəlcə bu məqaləni oxuyun. Bu versiyanın ən əsas xüsusiyyəti iOS 11'dəki problemləri aradan qaldırmaq və iOS'un adına yaraşan stabilliyi təmin etməkdir. Əlavə olaraq iOS 12 ilə bir sıra yeniliklər də gələcək. Ən gözlənilən və sevəcəyiniz 5 funksiyanı cəmlədik.

1. Yeni və təkminləşdirilmiş AR dəstəyi gələcək.    

Bu funksiya ilə kamera vasitəsilə ətrafdakı cisimləri ölçə biləcəksiniz. Kamera cismi skan etdikdən sonra 3Dformat da cisim ekrana yansıdılacaq və ölçüləri göstəriləcək. ArKit 2.0 olaraq adlanacaq bu proqram dəstəyi ilə gerçəklik texnologiyası Apple cihazları tərəfindən daha yaxşı mənimsəniləcək.

2. Bildirimlər artıq ayrı-ayrı göstərilməyəcək. Android'də olduğu kimi cəmlənəcək.    

iOS-un ən mənfi cəhətlərindən biri proqramlardan gələn bildirimlərin tək-tək göstərilməsi idi. Bu bildirimləri oxumağı bir xeyli qarışıq və çətin bir hala gətirirdi. İndi isə artıq eyni proqram və ya eyni şəxslərdən gələn bildirimlər tək-tək yox, cəm şəklində toplanacaq. Ekranı sağa-sola sürüşdürərək hər bildirimə baxa biləcəksiniz.

3. Batareya analizi: Hansı proqramın nə qədər batareya işlətdiyinə baxmaq mümkün olacaq.    

iOS sistemində batareyaya çox müdaxilə etmək olmurdu. 12-ci versiya ilə işlər görünür ki, yavaş-yavaş dəyişir. Artıq hansı proqramın daha çox batareya istifadə etdiyinə baxmaq mümkün olacaq. Həmçinin ekranın nə qədər müddət sönülü olduğunu və açıq olduğunu da görmək mümkün olacaq. 

4. CarPlay dəstəkli maşınlarda artıq Apple Maps məcburiyyəti aradan qalxır. Google Maps istifadəsi mümkün olacaq.    

CarPlay dəstəkli maşınınız varsa, sadəcə Apple Maps istifadə edə bilirsiniz. iOS 12 ilə bu məcburiyyət aradan qalxır və Google Maps seçimi daxil olur. Başqa xəritə proqramlarına da icazə verilib verilməyəcəyi bəlli deyil, lakin Google Maps olması bir çox istifadəçiyə mükəmməl alternativdir.

5. Apple Photos artıq daha çox kateqoriyaya malik olacaq. Qaleriyadan şəkilləri tapmaq asandlaşacaq.    

Photos proqramı iOS tərəfində çox istifadə edilməsinə baxmayaraq, çox sadə interfeysə malikdir. Hətta kateqoriyalar belə yox dərəcəsindədir. iOS 12 ilə birliktə kateqoriyalar funksiyası gələcək və çəkdiyiniz şəkilləri tarixə/zamana/çəkilmə məkanına və s. kimi kateqoriyalara ayırmaq mümkün olacaq. Bunun hesabına köhnə şəkilləri qaleriyadan tapmaq daha asand bir hal alacaq.

Milli.Az

Mənbə: milli.az

Pin It

Şərh yazın

Sizin e-poçt ünvanınız gizli saxlanılacaq, saytda heç kimə görsənməyəcək. Zəruri olan sahələr * ilə işarələnib

Siz bu HTML etiket və atributlardan istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>