Huawei’dən telefonlara dopinq

Huawei yaxın vaxtlarda GPU Turbo adında bir texnologiya tanıtdı. Kirin çipsetlərini dəstəkləyən bu texnologiya hesabına artıq Huawei telefonları daha performanslı olacaq, əlavə olaraq batareya sərfiyyatı da azalacaq.

Milli.Az technote.az-a istinadən bildirir ki, açıqlanan rəqəmlərə görə bu texnologiya qrafika gücünü 60% artıracaq, enerji sərfiyyatını isə 30% azaldacaq. İndi isə bu texnologiyanın hansı modellərə hansı tarixdə gələcəyi bəlli oldu.

Hal-hazırda Honor i9 modelində olan GPU Turbo texnologiyası Huawei şirkətinin orta və üst seqment cihazlarına yenilənmə vasitəsilə gələcək.        

Flaqman və Mate seriyası üçün:

Huawei P20/P20 Pro- Avqust
Mate 10/10 Pro/RS- Avqust
P20 Lite/P Smart/Nova 2i/Mate 10 Lite- Sentyabr
Huawei Y9- Sentyabr
Mate 9/9 Pro- Noyabr
Huawei P10/P10 Plus- Noyabr    
Honor seriyası üçün:

Honor 10- Avqust
Honor 9 Lite- Sentyabr
Honor V10- Sentyabr
Honor 7X- Sentyabr
Honor 8 Pro/9- Noyabr

Milli.Az

Mənbə: milli.az

Pin It

Şərh yazın

Sizin e-poçt ünvanınız gizli saxlanılacaq, saytda heç kimə görsənməyəcək. Zəruri olan sahələr * ilə işarələnib

Siz bu HTML etiket və atributlardan istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>