Samsung telefonlarında təhlükəli açıq

Samsung telefonlarında Messages(Mesajlar) proqramı bir çox istifadəçi tərəfindən sevilir. Lakin Reddit'də bildirilən məlumatlara görə proqramda açıq var. Belə ki, proqramın son yenilənməsindən sonra qaleriyadakı hər hansı təsadüfi seçilmiş bir şəkil hansısa bir istifadəçiyə göndərilir və telefon sahibinin heçnədən xəbəri olmur.

Milli.Az technote.az-a istinadən bildirir ki, bu açığın hələlik sadəcə Galaxy S9 və Note 8 modellərində olduğu deyilsədə, son versiyaya yeniləyən istifadəçilərdə də olması gözlənilir.    

Samsung rəsmiləri istifadəçilərə proqramı yeniləməməyi məsləhət görür. Son versiyanı işlədən istifadəçilər isə Settins/App/Messages hissəsinə daxil olub proqrama verilən icazələrdən Storage(Yaddaş) icazəsini deaktiv etmək yetərlidi. Əgər bu icazəni deaktiv etsəniz MMS göndərmək funksiyasından istifadə edə bilməyəcəksəniz. Rəsmilərin dediklərinə görə qısa müddət ərzində problemi həll edəcəklər.

Milli.Az

Mənbə: milli.az

Pin It

Şərh yazın

Sizin e-poçt ünvanınız gizli saxlanılacaq, saytda heç kimə görsənməyəcək. Zəruri olan sahələr * ilə işarələnib

Siz bu HTML etiket və atributlardan istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>