Virtual pullar bazarında QİYMƏTLƏR ucuzlaşır

Dünyada ən populyar kriptovalyuta olan bitkoin son bir neçə gün ərzində enişli-yoxuşlu sərgiləyib.

Milli.Az Trend-ə istinadən bildirir ki, 6 min dollar ətrafında alınıb satılmaqda davam edən bitkoin həftəyə cüzi ucuzlaşma ilə başlayıb.

"CoinMarketCap" portalının məlumatına əsasən bitkoinin qiyməti son sutka ərzində 0,87% ucuzlaşaraq 6 322 dollar təşkil edib.

Alternativ kriptovalyutalar da ucuzlaşma nümayiş etdirib. Belə ki, "Ethereum" 1,1% və ya 448,36 dollaradək ucuzlaşıb, "Ripple" 0,74% (0,45 dollara qədər), "Bitcoin Cash" 1,49% (727,83 dollaradək) ucuzlaşıb.
Kriptovalyuta bazarının kapitallaşması hazırda 2551 milyard dollar təşkil edir və bunun 42,5 faizi bitkoinin payına düşür.

Milli.Az

Mənbə: milli.az

Pin It

Şərh yazın

Sizin e-poçt ünvanınız gizli saxlanılacaq, saytda heç kimə görsənməyəcək. Zəruri olan sahələr * ilə işarələnib

Siz bu HTML etiket və atributlardan istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>