Amerikanlardan Azərbaycana qarşı təxribat və qanunsuz qazanc -

ABŞ şirkəti Azərbaycan ərazisində yeni dövlət yaradır, şəhərlərimizin adını erməniləşdirir, qanunsuz yolla qazanc əldə edir.

Milli.Az oxuculara Hollandiyada qeydiyyatdan keçmiş və dünyanın nüfuzlu mehmanxana bronlaşdırılması saytı hesab edilən "booking.com"un ermənilərin əli ilə bir neçə dəfə Azərbaycana qarşı təxribata əl atması barədə dəfələrlə məlumat verib.

 Şirkət Ermənistanın işğalı altında olan Azərbaycan ərazilərini, daha dəqiq desək, Dağlıq Qarabağdakı Xankəndi və Şuşa şəhərlərini Ermənistan şəhəri kimi qeyd edib və göstərmişdi ki, bu saytda Azərbaycan Respublikasının icazəsi olmadan bu şəhərlədə mehmanxana otağı bronlaşdırmaq mümkündür.

Lakin hər dəfə də Azərbaycandan verilən şikayətlərdən sonra ermənilərin bu təxribatlarının qarşısı alınıb və sifarişlər dayandırılıb.

Buna baxmayaraq, ermənilər eyni qəbildən olan təxribatlarını başqa informasiya resurslarında və səyahət şirkətlərinin saytlarında davam etdirirlər. Milli.Az-ın araşdırmasına görə, ermənilər indi də analoji əməlləri dünyaca ən böyük ev, mənzil, otel nömrəsi bronlaması saytlarından biri olan "Airbnb"nin saytında həyata keçirirlər.

ABŞ-da qeydiyyatdan keçmiş "airbnb.com" otaq bronlaşdırma saytı açıq-aydın Azərbaycan Respublikasının işğal olunmuş ərazilərinə qeyri-qanuni səfər etməyə imkan yaradır.

Bu saytda Azərbaycan Respublikasının şəhərlərinin adı qanunsuz olaraq erməniləşdirilir və rəsmi Bakının icazəsi olmadan Xankəndidə və Şuşada ev otaqları, mehmanxana otaqları bronlaşdırmaq mümkündür və bu yolla şirkət qanunsuz olaraq qazanc əldə edir. O da məlumdur ki, "Airbnb.com" bütün beynəlxalq hüquq və normalara zidd olaraq "paypal" üzərindən işğal olunmuş ərazilərə pul köçürmələri də təşkil edir.

Qeyd edək ki, airbnb.com-da Azərbaycanın işğal olunmuş ərazilərinin turizm məntəqəsi kimi təşviq edilməsi və orada mehmanxana, ev və mənzil sifarişlərinin həyata keçirilməsi beynəlxalq hüququn norma və prinsipləri, Ümumdünya Turizm Təşkilatının Nizamnaməsi, Turizmə dair Qlobal Etik Məcəllə, ÜTT-nin İcraiyyə Şurasının müvafiq qərar və tövsiyələrinə kökündən ziddir.

Xatırladaq ki, Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayon artıq 25 ildən çoxdur ki, Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilib. İşğal olunmuş ərazilərdəki seprataçı rejimin yaratdığı qondarma respublika isə dünyada heç bir dövlət, hətta Ermənistanın özü tərəfindən də tanınmayıb. Münaqişənin sülh yolu ilə aparılan uzunmüddətli sülh danışıqları isə hələlik heç bir nəticə vermir. 

İlkin İzzət

Milli.Az

Mənbə: milli.az

Pin It

Şərh yazın

Sizin e-poçt ünvanınız gizli saxlanılacaq, saytda heç kimə görsənməyəcək. Zəruri olan sahələr * ilə işarələnib

Siz bu HTML etiket və atributlardan istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>