İsti havalarda sürücülər DİQQƏTLİ OLSUN! – VİDEO

Havaların anomal isti keçməsi səbəbi ilə avtomobillərdə tez-tez nasazlıqlar yaşanır. Milli.Az bildirir ki, ən çox müşahidə edilən nasazlıq isə avtomobilin mühərrikini soyudan mayenin həddindən artıq qızması və mühərriki sıradan çıxarmasıdır. Xüsusən də istehsal ili 10 ili ötmüş avtomobillərdə bu hal daha çox müşahidə edilir.

Ustalar isə sürücüləri diqqətli olmağa çağırır. Mühhəriki soyudan mayenin qızmasına bir neçə amil səbəb ola bilər.

Əgər sürücü avtomobildə temperaturun normadan çox artıdığını görürsə bu zaman avtomobili gücə salmamaq, tıxaclı yola girməmək və kənara çəkib saxlamaq lazımdır. Hətta əgər imkan varsa ön barmağlığa su vurulmasıda yaxşı olar.

Mühərrikin normadan çox qızmasına həttə şinlərdəki havanın az olmasıda səbəb ola bilər. Bunun üçün yay aylarında şinlərin havasının normada saxlanılmasıda vacibdir. Bundan əlavə qızma səbəbi ilə yanacaq nasosununda tez-tez sıradan çıxması müşahidə edilir ki, bunun qarşısını almaq üçün də avtomobilin yanacaq çəninin minimum yarıya qədər dolu olması məsləhət görülür. /xezerxeber.az

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:
İsti havalarda sürücülər DİQQƏTLİ OLSUN!

Mənbə: milli.az

Pin It

Şərh yazın

Sizin e-poçt ünvanınız gizli saxlanılacaq, saytda heç kimə görsənməyəcək. Zəruri olan sahələr * ilə işarələnib

Siz bu HTML etiket və atributlardan istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>