Üç nəfəri it dişləyib

Şəkidə üç nəfəri it dişləyib.

Milli.Az APA-ya istinadən bildirir ki, bu gün axşam saat 19 radələrində Şəki şəhəri M. Məmmədov küçəsi, ev 10 ünvanında yaşayan 2008-ci il təvəllüdlü Vüsal Saleh oğlu Cabbarlı sol budun, saat 20 radələrində Şəki şəhəri Gənclər küçəsi, ev 14 ünvanında yaşan 1961-ci il təvəllüdlü Ceyhun Qafur qızı Rəsulova sağ baldırın və saat 21 radələrində Şəki şəhəri H. Cavid küçəsi ev 23 ünvanında yaşayan 2006-cı il təvəllüdlü Fərid Eldar oğlu Əhmədov hər iki budun it dişləməsi xəsarəti ilə Şəki Mərkəzi Rayon Xəstəxanasına (MRX) müraciət ediblər.

MRX-dan bildirilib ki, hər üç şəxsə xəstəxanada lazımi tibbi yardım göstərilib, quduzluq əleyhinə peyvənd vurulduqdan sonra ambulator müalicə almaq şərti ilə evə buraxılıblar.

Milli.Az

Mənbə: milli.az

Pin It

Şərh yazın

Sizin e-poçt ünvanınız gizli saxlanılacaq, saytda heç kimə görsənməyəcək. Zəruri olan sahələr * ilə işarələnib

Siz bu HTML etiket və atributlardan istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>