MTN zabiti azadlığa buraxıldı

Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) xuliqanlıqda təqsirləndirilən zabiti azadlığa buraxılıb.

Milli.Az bildirir ki, bu barədə Trend-ə təqsirləndirilən şəxsin vəkili Adəm Məmmədov məlumat verib.

A.Məmmədovun sözlərinə görə, təqsirləndirilən şəxs Yasamal rayon Məhkəməsinin qərarı ilə bəraət alıb.

Hakim Azər Tağıyevin sədrliyi ilə məhkəmə qərarı elan olunub.

Məhkəmə təqsirləndirilən şəxsin günahsız olduğunu üzə çıxarıb və onun azadlığa buraxılması barədə qərar qəbul edib.

Bundan başqa, məhkəmə işi araşdıran müstəntiq Ceyhun Mahmudovun əməlində qanunsuzluğa yol verildiyi qənaətinə gəlib və onun barəsində xüsusi qərardad qəbul edib.

Xatırladaq ki, ləğv edilmiş MTN-in baş əməliyyat müvəkkili, kapitan, "Maqa" ləqəbli Məmmədov Məhəmməd Mehman oğlu Cinayət Məcəlləsinin 221-ci (xuliqanlıq) maddəsilə təqsirləndirilərək həbs edilmişdi.

Milli.Az

Mənbə: milli.az

Pin It

Şərh yazın

Sizin e-poçt ünvanınız gizli saxlanılacaq, saytda heç kimə görsənməyəcək. Zəruri olan sahələr * ilə işarələnib

Siz bu HTML etiket və atributlardan istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>