ABŞ-dan Böyük Britaniyaya ÇAĞIRIŞ:

Böyük Britaniya silahlanma üçün xərcləri artırmasa, Fransa NATO-da ABŞ-ın başlıca tərəfdaşına çevriləcək.

Milli.Az Trend-ə istinadən bildirir ki, bu barədə ABŞ-ın müdafiə naziri Cim Mettisin britaniyalı həmkarı Qevin Uilyamsona ünvanladığı qeyd olunur.

ABŞ tərəfi məktubda Böyük Britaniyanın hərbi xərclərinin azalmasından narahatlığını bildirib:

"Böyük Britaniya silahlı qüvvələrinin gücü ölkənin dünya arenasında liderlik mövqeyini qorumağa imkan verir. Amma dövlətin öz mövqeyini müdafiə etmək qabiliyyəti zəifləyir".

Qeyd olunur ki, London hərbi xərclərə ümumi daxili məhsulun 2 faizini sərf edir. Eyni zamanda Fransa müdafiəyə 260 milyard avro sərf edəcəyini bildirir.

Milli.Az

Mənbə: milli.az

Pin It

Şərh yazın

Sizin e-poçt ünvanınız gizli saxlanılacaq, saytda heç kimə görsənməyəcək. Zəruri olan sahələr * ilə işarələnib

Siz bu HTML etiket və atributlardan istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>