Prezident İlham Əliyev: Azərbaycan-Belarus ikitərəfli münasibətlərinin yüksək səviyyəsi xüsusi məmnunluq doğurur

Prezident İlham Əliyev Belarus Prezidenti Aleksandr Lukaşenkoya təbrik məktubu göndərib.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, təbrikdə deyilir: "Hörmətli Aleksandr Qriqoriyeviç, Belarusun milli bayramı – Müstəqillik Günü münasibətilə Sizi ürəkdən təbrik edirəm.

Bu gün dost Belarus müstəqilliyin və suverenliyin möhkəmləndirilməsi, dövlət idarəçiliyinin və siyasi sistemin təkmilləşdirilməsi yolunda uğurla irəliləyir. Ölkənin ardıcıl sosial-iqtisadi inkişafı seçilmiş yolun məqsədyönlü olmasının əməli təsdiqidir.

İki ölkənin qarşılıqlı əməkdaşlığı daha da möhkəmləndirmək, dost xalqlarımızın rifahı naminə strateji tərəfdaşlığı dərinləşdirmək səylərini əks etdirən Azərbaycan-Belarus ikitərəfli münasibətlərinin yüksək səviyyəsi xüsusi məmnunluq doğurur.

Hörmətli Aleksandr Qriqoriyeviç, Sizə möhkəm cansağlığı, xoşbəxtlik və uğurlar, bütün həmvətənlərinizə sülh və firavanlıq arzulayıram".

Milli.Az

Mənbə: milli.az

Pin It

Şərh yazın

Sizin e-poçt ünvanınız gizli saxlanılacaq, saytda heç kimə görsənməyəcək. Zəruri olan sahələr * ilə işarələnib

Siz bu HTML etiket və atributlardan istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>