Azərbaycanın Aİ-də ilk ticarət evi açılır

"Latviyada Azərbaycan Ticarət Evi bu il iyul ayının sonunadək açılacaq".

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) sədri vəzifələrini icra edən Yusif Abdullayev İxracatçılar Klubunun iclasında deyib.

Y.Abdullayev bildirib ki, bu, Azərbaycanın Avropa İttifaqı ölkələrində ilk ticarət evi olacaq:

"Bu, bizim ixracat istiqamətlərimizin genişləndiyini göstərir".

Qeyd edək ki, hazırda Azərbaycan Ticarət evləri Belarus və Ukraynada fəaliyyət göstərir. Gələn il isə daha bir Ticarət Evinin Həştərxanda açılması planlaşdırılır.

Milli.Az

Mənbə: milli.az

Pin It

Şərh yazın

Sizin e-poçt ünvanınız gizli saxlanılacaq, saytda heç kimə görsənməyəcək. Zəruri olan sahələr * ilə işarələnib

Siz bu HTML etiket və atributlardan istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>