​İdarəetməni itirən “Mersedes” ağaca çırpıldı:

Zaqatalada 4 nəfərin xəsarəti ilə nəticələnən yol qəzası baş verib. 

Milli.Az ARB TV-yə istinadla xəbər verir ki, Balakən rayonu Gərəkli kənd sakini 32 yaşlı Teymur Xipiyev "Mersedes" markalı minik avtomobili ilə Yevlax-Zaqatala-Gürcüstan sərhəd yolunun Zaqatala rayonunun ərazisindən keçən hissəsində hərəkətdə olarkən idarəetməni itirib. Nəticədə maşın yolun kənarındakı ağaca çırpılıb. 

Qəza zamanı sürücü Teymur Xipiyev, onun sərnişinləri Balakən rayon sakinləri 41 yaşlı Novruz Əlirzayev, 33 yaşlı Sərxan Mirzəyev və 47 yaşlı İlyas Şirinov aldıqları müxtəlif dərəcəli bədən xəsarətləri ilə Zaqatala Mərkəzi Rayon Xəstəxanasına aparılıblar.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:
İdarəetməni itirən

Mənbə: milli.az

Pin It

Şərh yazın

Sizin e-poçt ünvanınız gizli saxlanılacaq, saytda heç kimə görsənməyəcək. Zəruri olan sahələr * ilə işarələnib

Siz bu HTML etiket və atributlardan istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>