Azərbaycanlı müğənninin meyiti 2 gün morqda qalıb

Müğənni Əli Mirəliyev iki həyat yoldaşı olan həmkarlarını tənqid atəşinə tutub.

Milli.Az yenicag.az-a istinadla xəbər verir ki, o, iki arvadı olan həmkarları ilə bağlı şok açıqlamalar verib:

"70-ə yaxın yaşım var, qoyun mən də danışım ki, bəzi insanlar nəticə çıxarsın. İncəsənət aləmində olan bir çox müğənnilər həyatda səhvlər edib. Meyitləri iki gün morqda qalıb. Birinci arvadı acıqla deyib, o baxacaq. İkinci arvadı deyib, birinci arvadı baxacaq. O meyit morqda qalıb. Ad çəkmirəm, indi o sənətçilər həyatda yoxdur. Adlarının çəkilməsi düzgün deyil. Üstüörtülü deyirəm ki, kişinin bir arvadı, bir qadını, bir yoldaşı olmalıdır".

Milli.Az

Mənbə: milli.az

Pin It

Şərh yazın

Sizin e-poçt ünvanınız gizli saxlanılacaq, saytda heç kimə görsənməyəcək. Zəruri olan sahələr * ilə işarələnib

Siz bu HTML etiket və atributlardan istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>