“BMT Azərbaycana yardım göstərməyə hazırdır”

"BMT Azərbaycana dayanıqlı inkişaf məqsədlərinə nail olmaq üçün yardım göstərməyə hazırdır".

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Qulam İshaqzai Azərbaycanda dayanıqlı inkişaf məqsədlərinin milliləşdirilməsi və prioritetləşdirilməsi üzrə konfransda çıxışı zamanı deyib.

O bildirib ki, BMT Azərbaycanın dayanıqlı inkişaf məqsədlərinə nail olmaq üçün göstərdiyi səyləri yüksək qiymətləndirir.

Q.İshaqzainin sözlərinə görə, dayanıqlı inkişaf məqsədləri üzrə qarşıya qoyulan məqsədlərə çatmaq üçün dövlət qurumları özəl sektor və vətəndaş cəmiyyəti ilə birgə çalışmalıdır.

Rezident əlaqələndirici qeyd edib ki, fərdi və ümumi ehtiyac və imkanlardan daha yaxşı xəbərdar olan yerli icmalar və iştirakçılar 2030-cu il gündəliyinin icrasında ən yaxşı tərəfdaşdırlar.

Q.İshaqzai bildirib ki, dayanıqlı inkişaf məqsədlərinin üzrə məlumatların təmin edilməsi üçün milli mexanizmlər daha da inkişaf etdirilməlidir, qadınlarla, zəif təbəqələrlə daha çox iş görülməlidir.

BMT-nin Azərbaycandakı nümayəndəliyi və Dayanıqlı İnkişaf üçün Milli Əlaqələndirmə Şurasının təşkil etdiyi konfransın məqsədi dayanıqlı inkişaf məqsədləri, hədəflər və göstəricilərin prioritetləşdirilməsi və onların yerli şəraitə uyğunlaşdırılmasında Azərbaycanın səylərini dəstəkləməkdir.

Konfrans Azərbaycanın 2019-cu ildə BMT-nin Yüksək Səviyyəli Forumuna könüllü milli hesabatın hazırlanmasına töhfə verəcək.

Üç gün davam edəcək konfransda iştirakçılar Azərbaycan üçün dayanıqlı inkişaf məqsədlərinin sürətləndirilməsi platformaları, dayanıqlı inkişaf məqsədləri üzrə məlumatların təmin edilməsi üçün milli mexanizmlər, dayanıqlı inkişaf məqsədlərinin gender məsələlərinə diqqət yetirməklə həyata keçirilməsi məsələləri müzakirə edəcək.

Milli.Az

Mənbə: milli.az

Pin It

Şərh yazın

Sizin e-poçt ünvanınız gizli saxlanılacaq, saytda heç kimə görsənməyəcək. Zəruri olan sahələr * ilə işarələnib

Siz bu HTML etiket və atributlardan istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>