Rəhman ilk dəfə həyat yoldaşı və qızını göstərdi -

Tanınmış gitara ifaçısı Rəhman Məmmədli ilk dəfə ailəsini efirə çıxarıb.

Milli.Az xəbər verir ki, "Evdəkilərə salam" verilişinin kollektivini bağ evində qonaq edən musiqiçi ailə üzvlərinin kamera önünə çıxmasına razılıq verib.

Verilişin çəkiliş heyətini Rəhmandan əlavə, xanımı Roza və qızı Turan qarşılayıb.

Aparıcı Aytəkinin "Rəhman müəllimlə çətin deyilmi bu 30 il? Deyirlər musiqiçi ilə ailəli olmaq çətin olur" sualına məşhur musiqiçinin həyat yoldaşı "Mən gəlinimə, başqa qızım olmaqla, bütün gənc qızlara mənim kimi səbrli olmağı arzu edirəm" cavabını verməklə təəccübləndirib.

Qeyd edək ki, Rəhman Məmmədlinin Tural adlı oğlu da var. Musiqiçinin hər iki övladı ailəlidir.

Məhəmməd Vaqif
Milli.Az

Mənbə: milli.az

Pin It

Şərh yazın

Sizin e-poçt ünvanınız gizli saxlanılacaq, saytda heç kimə görsənməyəcək. Zəruri olan sahələr * ilə işarələnib

Siz bu HTML etiket və atributlardan istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>