Suriya ordusu bu bölgədə nəzarəti ələ keçirir

Suriya ordusunun Rusiya hərbi aviasiyasının dəstəyi ilə ölkənin cənubunda yerləşən Dera əyalətində həyata keçirdiyi geniş miqyaslı əməliyyatla əlaqədar müxalif qüvvələr 8 şəhərdən çıxmağa razılaşıb.

Milli.Az APA-ya istinadən bildirir ki, Deranın şimalında və şərqində yerləşən 8 şəhər artıq hökumət qüvvələrinin nəzarətinə keçib.

Razılaşmaya bu şəhərlərdə qalmaq istəyən müxaliflərin tərksilah olmasını, digər müxaliflərin isə müxalif qüvvələrin nəzarətindəki İdlib əyalətinə getməsini nəzərdə tutur.

Qeyd edək ki, Dera əyaləti İordaniya və İsraillə sərhəddə strateji bölgədə yerləşir. Dera əyalətinə hücum iyunun 19-da başlayıb. Beləliklə, müxaliflərin 8 şəhərdən çəkilməsi ilə əyalətin ərazisinin yarıdan çoxu prezident Bəşər Əsədə sadiq qüvvələrin nəzarətinə keçib. Buna qədər hökumət qüvvələri əyalətin 30 faizinə nəzarət edib.

Derada tam nəzarətə nail olunması həm də prezident Bəşər Əsəd üçün simvolik qələbə olacaq. Çünki 2011-ci ilin martında məhz Derada Bəşər Əsəd rejiminə qarşı etirazlar başlayıb. Bu, sonradan ölkədə hələ də davam edən və 350 mindən çox insanın ölümünə səbəb olan geniş miqyaslı müharibəyə yol açıb.

Milli.Az

Mənbə: milli.az

Pin It

Şərh yazın

Sizin e-poçt ünvanınız gizli saxlanılacaq, saytda heç kimə görsənməyəcək. Zəruri olan sahələr * ilə işarələnib

Siz bu HTML etiket və atributlardan istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>