ABŞ-dan Şimali Koreya açıqlaması -

ABŞ-ın xüsusi xidmət orqanları hesab edirlər ki, Şimali Koreya özünün nüvə arsenalından tam əl çəkməyə hazırlaşmır və bir sıra silahların mövcudluğunu ört-basdır etmək üçün yollar axtarır.

Milli.Az "qafqazinfo"-ya istinadən xəbər verir ki, ABŞ rəsmiləri Ş.Koreyanın Yonqbyondakı nüvə yanacağı istehsalı sahəsində birdən çox qurğunun olduğuna inanır.

"Döyüş başlıqlarının, raketlərin miqdarını, həmçinin nüvə qurğularının növ və sayı ilə bağlı bizi aldatmağa davam edirlər. Amma biz hər şeyi yaxından izləyirik", – deyə adı açıqlanmayan yüksək vəzifəli mənbə bildirib.

ABŞ xüsusi xidmətlərinin fikrincə, Ş.Koreya məxfi nüvə obyektlərində, o cümlədən nüvə raketləri üçün yanacaq istehsalı üzərində işləməkdə davam edirlər.

Xatırladaq ki, ABŞ Prezidenti Donald Tramp və KXDR lideri Kim Çen In arasında iyunun 12-də Sinqapurda keçirilmiş tarixi görüşdə Koreya yarımadasının tam nüvəsizləşdirilməsi barədə razılaşma əldə olunub.

Milli.Az

Mənbə: milli.az

Pin It

Şərh yazın

Sizin e-poçt ünvanınız gizli saxlanılacaq, saytda heç kimə görsənməyəcək. Zəruri olan sahələr * ilə işarələnib

Siz bu HTML etiket və atributlardan istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>