“Bizim üçün yeni mərhələ başlayır” – Yerro

İspaniya millisinin baş məşqçisi Fernando Yerro sabah dünya çempionatının 1/8 final mərhələsində Rusiyaya qarşı keçirəcəkləri oyundan öncə jurnalistlər qarşısında çıxış edib. 

Milli.Az "qafqazinfo"-ya istinadən xəbər verir ki, mütəxəsis bu matçda özüninamın xüsusi yer tutacağını bildirib.

Yerro rəqibi analiz etdiklərini deyib: "Rusiyanın keyfiyyətlərini bilirik. Amma biz öz işimizə inanırıq. Heyətimizdə güclü oyunçular var. Rəqibi analiz etdik. Əlimizdən gələn hər şeyi edəcəyik. Məşqdə əla şəkildə hazırlaşmışıq. Güclü və zəif tərəflərimiz var. Amma fiziki və psixoloji olaraq hazırıq. Portuqaliya ilə oyunda iki dəfə hesabda geri düşsək də, dönüş yarada bilmişdik".

Pin It

Şərh yazın

Sizin e-poçt ünvanınız gizli saxlanılacaq, saytda heç kimə görsənməyəcək. Zəruri olan sahələr * ilə işarələnib

Siz bu HTML etiket və atributlardan istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>