Sürücülük vəsiqəsi olmayan şəxs “KamAZ”la “KİA”nı vurdu – VİDEO – FOTO

Bakının Binəqədi rayonunda qəza baş verib. 

Milli.Az ARB TV-yə istinadla xəbər verir ki, Ziya Bünyadov prospektində Koroğlu metrosu istiqamətində hərəkətdə olan "KİA" markalı avtomobilin qarşısına qəflətən minik maşını çıxıb. "KİA"-nın sürücüsü dərhal avtomobili dayandırıb. Bu zaman arxadan sürətlə gələn "Kamaz" "KİA"ya çırpılıb. 

Qəza zamanı "KİA"nın sürücüsü yüngül xəsarət alıb. Sürücüyə hadisə şahidləri yardım göstəriblər. Yol polisinin yoxlamaları zamanı məlum olub ki, "KamAZ"ı idarə edən şəxsin müfaviq sürücülük vəsiqəsi yoxdur. 

Hər iki sürücünün izahatı alınıb. Kamazın sürücüsü barədə isə inzibati protokol tərtib olunub.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:
Sürücülük vəsiqəsi olmayan şəxs

Mənbə: milli.az

Pin It

Şərh yazın

Sizin e-poçt ünvanınız gizli saxlanılacaq, saytda heç kimə görsənməyəcək. Zəruri olan sahələr * ilə işarələnib

Siz bu HTML etiket və atributlardan istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>