Mikroavtobus ağaca çırpılıb aşdı:

Zaqataladan Mingəçevirə gedən mikroavtobus qəzaya uğrayıb. 

Milli.Az ARB TV-yə istinadla xəbər verir ki, hadisə Yevlax-Zaqatala- Gürcüstan yolunun Qax rayonunun Tanqıt kəndindən keçən hissəsində qeydə alınıb.

İdarəetmədən çıxan "Mercedes" markalı mikroavtobus yolun kənarında ağaca çırpılıb. 

Nəticədə mikrovatobusun sürücüsü, Zaqatala rayonunun Qanqax kənd sakini, 42 yaşlı İlkin Əliyev hadisə yerində ölüb. Mikroavtobusda olan sərnişinlərdən 9-u xəsarət alıb. Yaralılar Qax Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb.  

Onlardan 54 yaşlı Rəhilə Mikayılovanın həyatını xilas etmək mümkün olmayıb. 

Fakt araşdırılır. 

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:
Mikroavtobus ağaca çırpılıb aşdı: Sürücü öldü, 9 yaralı

Mənbə: milli.az

Pin It

Şərh yazın

Sizin e-poçt ünvanınız gizli saxlanılacaq, saytda heç kimə görsənməyəcək. Zəruri olan sahələr * ilə işarələnib

Siz bu HTML etiket və atributlardan istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>