Musiqili Teatr 108-ci mövsümün ən yaxşılarını mükafatlandıracaq

Azərbaycan Dövlət Musiqili Teatrının 108-ci mövsümü yekunlaşmaq üzrədir.

Qurumun mətbuat xidmətindən Milli.Az-a bildirilib ki, mövsümün başa çatması ilə əlaqədar iyulun 3-də saat 12:00-da Musiqili Teatrda mükafatlandırma mərasimi olacaq. Artıq bir neçə ildir ki, kollektivdə yaradıcılıq fəaliyyəti və əməyi ilə seçilən əməkdaşların mövsümün sonunda mükafatlandırılması ənənəyə çevrilib. 

Tədbirdə "Ən yaxşı kişi roluna görə", "Ən yaxşı qadın roluna görə", "Mövsümün ən yaxşı rejissor işinə görə", "Mövsümün sevilən aktrisası",  "Mövsümün sevilən aktyoru", "Mövsümün məhsuldar aktyoru", "Bərpa tamaşasında uğurlu roluna görə",  "Mövsümün ən yaxşı balet artisti", "Mövsümün ən yaxşı xor artisti", "Mövsümün ən yaxşı musiqiçisi", "Mövsümün ən işgüzar əməkdaşı", "Mövsümün ən yaxşı uşaq roluna görə", "Teatrın dostu", "Mövsümün ən yaxşı texniki işçisi", "Mövsümün sevilən tamaşası" nominasiyaları üzrə qaliblər bəlli olacaq. Qaliblərə xüsusi prizlər və pul mükafatları veriləcək.

Mərasimdə həmçinin mövsümün seçilən aktyorlarına Azərbaycan Respublikasının xalq artisti Hüseynağa Sadıqovun ailəsinin təsis etdiyi Hüseynağa Sadıqov adına "Billur alma" mükafatı da təqdim ediləcək.

Milli.Az
 

Mənbə: milli.az

Pin It

Şərh yazın

Sizin e-poçt ünvanınız gizli saxlanılacaq, saytda heç kimə görsənməyəcək. Zəruri olan sahələr * ilə işarələnib

Siz bu HTML etiket və atributlardan istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>