Samur-Abşeron su kanalında naməlum kişi meyiti tapıldı

Samur-Abşeron su kanalının Qusar rayon Kuzun-qışlaq kəndindən keçən hissəsində naməlum kişi meyiti tapılıb.

Milli.Az Trend-ə istinadən bildirir ki, tapılan zaman üzərindən heç bir sənəd aşkar olunmayıb.

Həmin kişinin əlamətləri belədir: yaşı 45-55, boyu 175-180 sm., arıq bədən quruluşlu, yumru sifətli, qara saçlıdır. Tapılan zaman onun əynində cins şalvar və qısaqol köynək olub. Meyit üzərində heç bir zorakılıq əlamətləri aşkar olunmayıb.

Şəkildə gördüyünüz kişini tanıyanlardan və barəsində məlumatı olanlardan DİN-in "102 Zəng Mərkəzi" Xidmətinə, həmçinin Qusar Rayon Polis Şöbəsinə 023-385-22-22; 023-385-28-03 şəhər və (050) 321-87-20; (070) 211-19-78 mobil nömrələrinə zəng vuraraq məlumat vermələri xahiş olunur.

Milli.Az

Mənbə: milli.az

Pin It

Şərh yazın

Sizin e-poçt ünvanınız gizli saxlanılacaq, saytda heç kimə görsənməyəcək. Zəruri olan sahələr * ilə işarələnib

Siz bu HTML etiket və atributlardan istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>