Təranə Qumralın məhkəmə istintaqı başa çatdı

Bu gün Nərimanov Rayon Məhkəməsində müğənni Təranə Qumralın cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.

Milli.Az bildirir ki, bu barədə report-a Nazənin Salayevanın vəkili Ceyhun Yusifov məlumat verib.

Onun sözlərinə görə, hakim Rəşad Abdulovun sədrliyi ilə keçirilən prosesdə məhkəmə istintaqı başa çatıb.

Prokuror çıxış üçün məhkəmədən vaxt istəyib.

Məhkəmənin növbəti iclası iyulun 2-nə təyin edilib.

Qeyd edək ki, müğənni T.Qumralla həmkarı Nazənin Salayeva arasında qalmaqal "ANS"-in "Bazar səhəri" verilişində başlayıb. Belə ki, N.Salayeva canlı efirə zəng edərək, T.Qumrala "Səni ərimlə tutdum" deyib. T.Qumral isə öz növbəsində N.Salayevanın barəsində xoş olmayan ifadələr işlədib. Buna görə də Nazənin məhkəməyə müraciət edib. Nazənin məhkəmədə həyat yoldaşının müğənni T.Qumralla intim münasibəti olduğunu sübut edib.

Məhkəmənin qərarı ilə T.Qumral N.Salayeva və onun həyat yoldaşı Məhəbbət Həsənovdan üzr istəməli, barəsində dediklərinə təkzib verməlidir. Lakin T.Qumral məhkəmə qərarlarını icra etmədiyi üçün barəsində Cinayət Məcəlləsinin 306.1-ci (məhkəmə qərarını icra etməmə) maddəsi ilə cinayət işi başlanılıb.

Milli.Az

Mənbə: milli.az

Pin It

Şərh yazın

Sizin e-poçt ünvanınız gizli saxlanılacaq, saytda heç kimə görsənməyəcək. Zəruri olan sahələr * ilə işarələnib

Siz bu HTML etiket və atributlardan istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>