Azərbaycan 70-dən çox yeni gəmi alacaq


Yaxın 10 ildə "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC ümumi dəyəri 1,5 milyard manat olan 72 gəmi almaq niyyətindədir.

Milli.Az Trend-ə istinadən bildirir ki, bunu QSC-nin sədri Rauf Vəliyev Dənizçilər gününə həsr olunan tədbirdə deyib.

R.Vəliyev bildirib ki, 2015-ci ildən Xəzər Dəniz Gəmiçiliyi kapitallaşmanı 310 milyon manat artırıb:

"Şirkətin dəyəri 1 milyard manat qiymətləndirilir. Son bir neçə il ərzində 437 milyon manat kapital investisiyaları həyata keçirmişik. Bunun 99 faizi şirkətin gəlirləri hesabına olub".

Qeyd edək ki, hazırda QSC-nin balansında 23 tanker, 20 yük gəmisi, 2 "Ro-Ro" tipli gəmi və 13 bərə var.

Milli.Az

Mənbə: milli.az

Pin It

Şərh yazın

Sizin e-poçt ünvanınız gizli saxlanılacaq, saytda heç kimə görsənməyəcək. Zəruri olan sahələr * ilə işarələnib

Siz bu HTML etiket və atributlardan istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>