“Hünərin var gəl məni yandır, şəkli niyə edirsən”

Müğənni Ceyhun Əliyevin əməkdar artist Elza Seyidcahanın şəklini yandırmasına sənət adamları biganə qalmayıb.

Milli.Az axşam.az-a istinadən bildirir ki, xalq artisti Rafiq Hüseynov (Rəmiş) və müğənni Tacir Şahmalıoğlu Ceyhunu qınayıb.

Şahmalıoğlu "ATV maqazin onlarla"da bildirib ki, bu, qorxaqlıqdır:

"Şəkili niyə yandırım ki? Hünərin var gəl məni yandır, şəkli niyə edirsən. Sözünü deyə bilmirsən, şəkil yandırırsan".

Rəmiş isə "Bunu yandırmaq iş deyil ki… Hünəri çatır gedib adamın özünü yandırsın" sözlərini bildirib.

Qeyd edək ki, Ceyhun "Hit-parad"da Damlanın fotosunu cıran E.Seyidcahanın şəklini yandırmışdı. 

Milli.Az

Mənbə: milli.az

Pin It

Şərh yazın

Sizin e-poçt ünvanınız gizli saxlanılacaq, saytda heç kimə görsənməyəcək. Zəruri olan sahələr * ilə işarələnib

Siz bu HTML etiket və atributlardan istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>