Volodin parlamentlərarası komissiyasının yaradılmasını təklif edib

Rusiya Dövlət Dumasının spikeri Vyaçeslav Volodin Dövlət Duması və Milli Məclis arasında yüksək səviyyəli parlamentlərarası komissiyanın yaradılmasını təklif edib.

Milli.Az Trend-ə istinadən bildirir ki, o, bu təklifi Məlli Məclisin sədri Oqtay Əsədovla görüşü zamanı səsləndirib.

V.Volodin qeyd edib ki, iki ölkə arasında mehriban qonşuluq münasibətlərinin inkişafına töhfə vermək məqsədilə hər iki ölkənin parlamenti üçün əməkdaşlığın yeni formatlarını inkişaf etdirmək vacibdir:

"Bu cür komissiya hər iki ölkənin vətəndaşlarını narahat edən məsələlərlə məşğul olmalı, konkret mövzuları müzakirə etməlidir".

Qeyd edək ki, Vyaçeslav Volodin iyunun 24-25-i Azərbaycanda rəsmi səfərdədir.

Milli.Az

Mənbə: milli.az

Pin It

Şərh yazın

Sizin e-poçt ünvanınız gizli saxlanılacaq, saytda heç kimə görsənməyəcək. Zəruri olan sahələr * ilə işarələnib

Siz bu HTML etiket və atributlardan istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>