Türkiyədə keçirilən seçkilərdə əslən azərbaycanlı namizəd də qalib gəlib

İyunun 24-də Türkiyədə keçirilən növbədənkənar parlament seçkilərində əslən azərbaycanlı Şamil Ayrım qalib gəlib. Şamil Ayrım XXI çağırış İstanbul millət vəkili olmuşdu.

Milli.Az Trend-ə istinadən bildirir ki, komitə sədri Fuad Muradov Şamil Ayrımla əlaqə saxlayıb, onu təbrik edib və əməkdaşlıq imkanları müzakirə olunub.

Türkiyəli millət vəkili bildirib: "Biz daim Türkiyəni və Azərbaycanı güclü görmək arzusundayıq. Mən bundan sonrakı fəaliyyətimdə də ölkələrimiz arasında əlaqələrin inkişafı üçün çalışacağam. Azərbaycan Respublikası Diasporla İş üzrə Dövlət Komitəsi ilə əməkdaşlığı davam etdirəcək, Türkiyədəki azərbaycanlıların qayğılarını diqqətdə saxlayacağam. Təbii ki, Qarabağın azadlığı bizim ən böyük arzumuz və məqsədimizdir. Bu yöndə də əlimdən gələni etməyə hazıram".

Şamil Ayrım millət vəkili kimi ölkəmizə ilk səfəri zamanı Fuad Muradovla görüşəcəyini də bildirib.

Milli.Az

Mənbə: milli.az

Pin It

Şərh yazın

Sizin e-poçt ünvanınız gizli saxlanılacaq, saytda heç kimə görsənməyəcək. Zəruri olan sahələr * ilə işarələnib

Siz bu HTML etiket və atributlardan istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>