“Azərbaycan hər zaman Dağlıq Qarabağ münaqişəsi ilə bağlı konstruktiv mövqe nümayiş etdirib”


Azərbaycan hər zaman Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı konstruktiv mövqe nümayiş etdirib.

Milli.Az Trend-ə istinadən bildirir ki, bunu Rusiya Dövlət Dumasının sədri Vyaçeslav Volodin Məlli Məclisin sədri Oqtay Əsədovla görüşü zamanı deyib.

O bildirib ki, Rusiya bu münaqişənin sülh yolu ilə həllinin tərəfdarıdır: "Dağlıq Qarabağ məsələsi bizi narahat etməyə bilməz. Münasibətlərin gərginləşməsini istəyənlər, xalqın sülh içində yaşamaq arzusunu eşitməyənlər əlbəttə ki, gərginlik yolu ilə gedirlər. Biz bu yolun qarşısını almaq üçün əlimizdən gələni etməliyik. Azərbaycan bu məsələdə hər zaman düzgün və konstruktiv mövqe tutub".

Milli.Az

Mənbə: milli.az

Pin It

Şərh yazın

Sizin e-poçt ünvanınız gizli saxlanılacaq, saytda heç kimə görsənməyəcək. Zəruri olan sahələr * ilə işarələnib

Siz bu HTML etiket və atributlardan istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>