“Bu görüntülərin yayılmasına məyus oldum” – Tunar

Ötən həftə toyu olan müğənni Tunar Rəhmanoğlu həyat yoldaşı ilə videosunu paylaşıb.

Milli.Az axşam.az-a istinadən bildirir ki, sənətçi toy görüntülərinin yayılmasını istəmədiyini bildirib:

"Bir çox insan kimi mən də şəxsi həyatımın gündəm olmasını, danışılmasını istəmirəm. Çalışdığım qədər buna şərait yaratmamışam. 25 ildir sizinləyəm, xoş günlərimi bölüşdüm. Mənim xeyir işim də bir göz qırpımında yayıldı, gündəm oldu. Buna məyus olsam da, istəməsəm də, gözəl rəylərinizə, mənimlə gözəl günümə sevindiyinizi görüb sevindim".

Qeyd edək ki, Tunar Ülviyyə adlı xanımla ailə qurub. Sənətçi daha sonra görüntünü İnstaqram səhifəsindən silib.

Milli.Az

Mənbə: milli.az

Pin It

Şərh yazın

Sizin e-poçt ünvanınız gizli saxlanılacaq, saytda heç kimə görsənməyəcək. Zəruri olan sahələr * ilə işarələnib

Siz bu HTML etiket və atributlardan istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>