Bakı-Tbilisi-Qars dəmir yolunda daha bir ilk – FOTO

Bu vaxta kimi konteynerlər vasitəsi ilə yüklərin daşınması həyata keçirilən Bakı-Tbilisi-Qars dəmir yolu ilə yüklər ilk dəfə olaraq vaqonlarla nəql edilib.

"AzRusTrans" QSC "ADY Express" MMC ilə birgə Rusiyadan Qarsa taxılı, xüsusi taxıldaşıyan vaqonlar (hopper) vasitəsi ilə nəql etməyə müvəffəq olub.

QSC-dən Milli.Az-a verilən məlumata görə, 12 vaqona yüklənmiş taxıl Rusiyanın Orenburq vilayətində yerləşən Sara stansiyasindan Gürcüstanın Axalkələk stansiyasına çatdırılıb, burada təkər cütlərinin dəyişdirilməsi əməliyyatı həyata keçirildikdən sonra Qarsa yola salınıb. Yüklər artıq Qars stansiyasına çatdırılıb.

Qeyd edək ki, Bakı-Tbilisi-Qars dəmir yolunda bu vaxta kimi yüklər ancaq konteyner vasitəsi ilə daşınıb. Axalkələk stansiyasında konteynerlər Türkiyədən daxil olan digər platformalara aşırıldıqdan sonra yolunu davam etdiriblər.

Xatırladaq ki, 2017-ci il oktyabrın 30-da istifadəyə verilən Bakı-Tbilisi-Qars dəmir yolunun ümumi uzunluğu 846 km təşkil edir ki, bunun da 504 km Azərbaycan, 263 km Gürcüstanın və 79 km Türkiyənin payına düşür.

Yusif Nəsirli
Milli.Az

Mənbə: milli.az

Pin It

Şərh yazın

Sizin e-poçt ünvanınız gizli saxlanılacaq, saytda heç kimə görsənməyəcək. Zəruri olan sahələr * ilə işarələnib

Siz bu HTML etiket və atributlardan istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>