Lotereyanın düsturunu tapan adam

Avstraliyada yaşayan bir riyaziyyatçı kəşf etdiyi düstur sayəsində lotereyadan yeddinci dəfə mükafat qazanıb.

Ötən həftənin şənbə günü keçirilən çəkilişdə altı rəqəmi də bilərək 4 milyon Avstraliya dolları (təxminən 2 milyon 945 min ABŞ dolları) dəyərindəki böyük mükafatı doqquz nəfərlə paylaşan riyaziyyatçı adının açıqlanmasını istəmir.

Milli.Az moneta.az-a istinadən bildirir ki, avstraliyanın yerli "Northern Star" qəzetinin xəbərinə görə, lotereya qalibi bunları deyib:

"İllər öncə bəzi rəqəmlərin digərlərindən daha tez-tez çıxdığını eşitmişdim. Oynayacağım rəqəmlər üçün kompüterdə bir cədvəl yaratdım".

Yaratdığı düstur haqqında heç bir məlumat verməyən və lotereyadan ümumi 421 753 Avstraliya dolları (təxminən 310 min ABŞ dolları) qazanan riyaziyyatçı bu pul ilə evinin qalan borcunu ödəyəcəyini və bir ot biçən maşın alacağını bildirərək "Bəlkə bir avtomobil də alaram və yeni hobbilər taparam" deyə əlavə edib.

Milli.Az

Mənbə: milli.az

Pin It

Şərh yazın

Sizin e-poçt ünvanınız gizli saxlanılacaq, saytda heç kimə görsənməyəcək. Zəruri olan sahələr * ilə işarələnib

Siz bu HTML etiket və atributlardan istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>