Yol kənarında qarğıdalı satanların işi yaxşı gedir – VİDEO

İyun ayının əvvəllərindən başlayaraq yol kənarlarında qarğıdalı satanlara daha çox rast gəlinir. Bu baxımdan Hacıqabulda əsas magistralın kənarında qarğıdalı satanların işi yaxşı gedir. Onlar gün ərzində 100 ədədə qədər bişmiş qarğıdalı sata bilirlər. Qiymətlər isə 50 qəpikdən başlayır.

Milli.Az xezerxeber.az-a istinadən bildirir ki, yay fəsli gələr gəlməz xüsusi ilə paytaxt Bakıdan rayonlara dincəlməyə gedənlərin sayı xeyli artır. Belə olan haldayol kənarına qazan qoyub orada qarğıdalı qaynadıb satırlar ki, bu da istər istəməz paytaxtdan bölgələrə üz tutan vətəndaşların marağına səbəb olur.

Bura Bakı- Qazax yolunun Hacıqabul ərazisindən keçən hissəsidir.Elə qazanlarda qaynayan qarğıdalını gözəl qoxusu yol gedənləri onu alıb yeməyə məcbur edir. Qarğıdalı satanlar hər gün səhər saat 8:00-dan durub işə start verirlər.

Gündəlik isə onlar adətən 80-100 ədəd arası qarğıdalı sata bilirlər.Satıcılar deyir ki,indi vaxtı olduğuna görə qarğıdalı yaxşı satılır. Məhsullar isə ən çox Sabirabadın kəndlərindən gətirilir.

Qaynadılan qarğıdalı isə 50 qəpikdən başlayaraq 1 manata qədər müştərilərə təqdim olunur.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:
Yol kənarında qarğıdalı satanların işi yaxşı gedir

Mənbə: milli.az

Pin It

Şərh yazın

Sizin e-poçt ünvanınız gizli saxlanılacaq, saytda heç kimə görsənməyəcək. Zəruri olan sahələr * ilə işarələnib

Siz bu HTML etiket və atributlardan istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>