Hakim bacısını qəzada öldürən qızı bağışladı – FOTO

2016-cı ilin fevral ayında baş verən qəzada ölən Elif adlı qızın bacısı sərbəst buraxılıb.

Milli.Az xarici mətbuata istinadla xəbər verir ki, hakim 22 yaşlı türkiyəli Meliha Kayanın vicdan əzabı çəkməsinə dözməyərək onun sərbəst buraxılması barədə qərar qəbul edib.

"Bu qız istəməzdi ki, bacısı qəzada ölsün. O, bundan sonra ailəsi və özü üçün nə etsə də bacısını geri gətirə bilməz. Düşünürəm ki, indi sərbəst qalıb, onun arzuladığı hədəflərə də çalışıb, çatarsan", – hakim söyləyib.

Hakimin qərarı ölkənin gündəminə çevrilib. Hakimin qərarı rəğbətlə qarşılanıb.

Qeyd edək ki, qəza 2016-cı ilin fevral ayında Londonun şərqindəki Vansted rayonunda baş verib. Meliha Kaya içərisində bacısı Elifin də olduğu avtomobilini yüksək sürətlə sürdüyünə görə idarəetməni itirib və avtomobil aşıb. Elif hadisə yerindəcə keçinib.

Emin
Milli.Az

Mənbə: milli.az

Pin It

Şərh yazın

Sizin e-poçt ünvanınız gizli saxlanılacaq, saytda heç kimə görsənməyəcək. Zəruri olan sahələr * ilə işarələnib

Siz bu HTML etiket və atributlardan istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>