Maykl Ceksonun atası ölüm ayağındadır – FOTO

Dünya pop-musiqisinin mərhum kralı Maykl Ceksonun atası, 89 yaşlı Co Cekson ölüm ayağındadır. Hospitala aparılmış C.Ceksonda xərçəng xəstəliyinin son mərhələsi aşkarlanıb.

Milli.Az TMZ-yə istinadən bildirir ki, musiqi prodüseri Co Ceksonun xanımı Ketrin övladları və nəvələri yanındadır.

O, Ceksonlar ailəsinin "musiqi patriarxı" kimi tanınır. Co Cekson 1963-cü ildə "The Jackson Brothers" qrupunu yaratmışdı. Maykl Ceksonun müğənni karyeresına başladığı bu qrup sonradan adını dəyişərək "Jackson 5" olmuşdu.

Maykl Ceksonun həyatının son illərində atası ilə əlaqə saxlamırdı. O, vəsiyyətində hətta atasının adını da çəkməmişdi.

Maykl Cekson bütün varidatını anasına, övladlarına, habelə bir neçə xeyriyyə təşkilatına vəsiyyət edib.

Co Ceksonun oğlu, 63 yaşlı Cermeyn Ceksonun dediyinə görə, atasının vəziyyəti çox pisdir.

Co Ceksonun xanımı Ketrinin dediyinə görə, övladları Rebbi və Covanni ilə birlikdə palatada növbə çəkirlər.

Milli.Az

Mənbə: milli.az

Pin It

Şərh yazın

Sizin e-poçt ünvanınız gizli saxlanılacaq, saytda heç kimə görsənməyəcək. Zəruri olan sahələr * ilə işarələnib

Siz bu HTML etiket və atributlardan istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>