“Elə bilirsiniz o əclaflar miqrantları düşünür?” -

"Şimali Afrika və Yaxın Şərq ölkələrindən olan miqrantlar ölkəmiz üçün böyük problemə çevrilib.

Miqrant axınının qarşısını almaq, miqrantları ölkəmizə buraxmamaq niyyətindəyik. Qoy gəldikləri yerə qayıtsınlar! Onlar İtaliyanı ancaq açıqcalarda görə bilərlər".

İtaliyanın daxili işlər naziri Matteo Salvini belə deyib.

Milli.Az European-a istinadən bildirir ki, Aralıq dənizindəki rezin qayıqlarda üzərək İtaliyaya çatmaq istəyən 224 miqrantı xilas etmiş "Mission Lifeline" (Almaniya) qeyri-dövlət təşkilatı İtaliyanın DİN başçısından belə cavab alıb.

Nazirin göstərişinə uyğun olaraq həmin miqrantlardan bir nəfər də İtaliya ərazisinə buraxılmayıb.

Nazir "Mission Lifeline" təşkilatını sərt tənqid edib.

"O gəmidəkilərin hamısı liviyalı miqrantlardır. İtaliyanın Sahil Mühafizəsi dedi ki, kimsə işə qarışmasın, miqrantlar Liviyaya qaytarılacaq. Liviyanın Sahil Mühafizəsi miqrantları təhvil alacağını və problemi həll edəcəyini bəyan etdi. Amma o əclaflar miqrantları iki gəmiyə doldurub İtaliyaya gətiriblər. Elə bilirsiniz o əclaflar miqrantları düşünür?! Onlara yalnız öz maraqları vacibdir. Miqrantları alman təşkilatı qəbul etdiyi üçün, qoy, aparsınlar Almaniyaya. Gəminin Hollandiya bayrağı altında üzdüyünü nəzərə alsaq, Hollandiyaya da apara bilərlər", – nazir söyləyib.

Nazir miqrantları daşıyan "Aquarius" və "Lifeline" gəmilərinin müsadirə olunmasını da təklif edib.

224 miqrantın olduğu "Lifeline"ə Malta da rədd cavabı verib.

665 miqrantı daşıyan "Aquarius" isə İspaniyanın Qranada əyalətindəki Motril limanına yollanıb. Bu gəmi "SOS Mediterranee" və "Doctors Without Borders" təşkilatlarına məxsusdur.

Milli.Az

Mənbə: milli.az

Pin It

Şərh yazın

Sizin e-poçt ünvanınız gizli saxlanılacaq, saytda heç kimə görsənməyəcək. Zəruri olan sahələr * ilə işarələnib

Siz bu HTML etiket və atributlardan istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>