Daha 3 məmur işdən çıxarıldı: yeni təyinatlar

Yasamal Rayon İcra Hakimiyyətinin iki şöbə müdiri və icra başçısının köməkçisi işdən çıxarılıb. 
 
Milli.Az report-a istinadən xəbər verir ki, icra başçısı Əziz Əzizovunimzaladığı əmrə əsasən, rayon təsərrüfatı şöbəsinin müdiri Şahin Məmmədov, Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri Nemət Əfəndiyevvəzifədən azad olunublar. 

Digər əmrlə Seyran Həsənov rayon təsərrüfatı şöbəsinin müdiri, Elnurə Mansurova isə Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri vəzifəsinə təyin ediliblər. 

Ə.Əzizov bir müddət əvvəl özünə köməkçi təyin etdiyi Fəxrəddin Məmmədovu da işdən çıxarıb. Həmin vəzifəyə Murad Ağayevgətirilib. M.Ağayev əvvəllər Hüquq şöbəsinin məsləhətçisi vəzifəsində çalışıb. 

Bir neçə gün öncə, İcra Hakimiyyətinin Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri təyin edilən Rüfət Mərdanovunvəzifəsi dəyişdirilib. İcra başçısı onu İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri vəzifəsinə keçirib. Əvvəllər həmin şöbənin müdiri olmuş Zöhrab Cəfərov isə Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinə müdir təyin olunub.

Milli.Az

Mənbə: milli.az

Pin It

Şərh yazın

Sizin e-poçt ünvanınız gizli saxlanılacaq, saytda heç kimə görsənməyəcək. Zəruri olan sahələr * ilə işarələnib

Siz bu HTML etiket və atributlardan istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>