İşdə məhəbbət macərası: Şirkət rəhbəri

ABŞ-ın məşhur "Intel" korporasiyasının baş direktoru Brayan Krjaniç istefaya göndərilib. O, Direktorlar Şurasından da çıxarılacaq.

Milli.Az lent.az-a istinadən xəbər verir ki, bu barədə şirkətin mətbuat xidməti məlumat yayıb.

Qərarın səbəbi B. Krjaniçin daxili qaydalara zidd olaraq, əməkdaşlardan biri ilə eşq macərası yaşamasıdır.

"Məlumat çatdı ki, Krjaniç əməkdaşlardan biri ilə daha əvvəl eşq yaşayıb. Aparılan araşdırma "Intel"də qəbul olunmuş, işdə eşq macərasını qadağan edən normaların pozulması faktını təsdiqləyib. Bu qaydalar bütün menecerlərə aiddir", – deyə şirkətin rəsmi açıqlamasında bildirilir.

B. Krjaniçin münasibətdə olduğu əməkdaşın cinsi açıqlanmayıb.

"Intel"in Direktorlar Şurası B. Krjaniçin istefaya göndərilməsinə səs verib. Şirkətin baş maliyyə direktoru Robert Svan baş direktor səlahiyyətlərinin icraçısı təyin olunub.

Milli.Az

Mənbə: milli.az

Pin It

Şərh yazın

Sizin e-poçt ünvanınız gizli saxlanılacaq, saytda heç kimə görsənməyəcək. Zəruri olan sahələr * ilə işarələnib

Siz bu HTML etiket və atributlardan istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>