Apple simsiz enerjiyə keçir -

"Apple" şirkəti "AirPower" adlı simsiz enerjidoldurma qurğusunu cari ilin sentyabrında təqdim edəcək.

Milli.Az ICTnews-a istinadən bildirir ki, bu, istehsal prosesində çətinlik olması ilə izah edilir. ABŞ şirkəti qurğuların enerji ilə simsiz doldurulması texnologiyasını 2017-ci ilin sentyabrında  elan etmişdi. "Bloomberg" agentliyinin məlumatına görə, bütün bu müddət ərzində mühəndislər bir sıra problemi həll etməyə çalışıblar.

İstehsalçıların fikrinə görə, simsiz enerjidoldurma qurğusu universal olmalı və müxtəlif tip qurğuları ("iPhone", "Apple Watch" və "AirPods") enerji ilə doldurmalıdır. Buna görə o, bir neçə sensor və mürəkkəb komponentlər dəsti ilə təchiz edilməlidir.

Milli.Az

Mənbə: milli.az

Pin It

Şərh yazın

Sizin e-poçt ünvanınız gizli saxlanılacaq, saytda heç kimə görsənməyəcək. Zəruri olan sahələr * ilə işarələnib

Siz bu HTML etiket və atributlardan istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>