“Tesla”da qənaət tədbirləri

"Tesla" şirkəti ABŞ-ın 9 ştatında Günəş enerjisinin istehsalı və quraşdırılması ilə məşğul olan 10-dan artıq yerli bölməsini bağlayacaq.

Milli.Az lent.az-a istinadən xəbər verir ki, bu barədə "Reuters" məlumat yayıb.

Əsas biznesi elektromobil istehsalı olan "Tesla" bu yaxınlarda əməkdaşlarının 9%-ni (4 min nəfərdən çox) ixtisar etmək qərarına gəlib. Bu qərar Günəş enerjisi ilə məşğul olan bölmənin işinə də təsir edib. 2016-cı ildə "Tesla" 2,6 milyard dollara "SolarCity" enerji şirkətini satın almışdı. "Tesla" nümayəndələri bildirmişdilər ki, bu alışdan sonra şirkət elektrik enerjisi yığan qurğular və evlərin damında quraşdırmaq üçün yeni tip Günəş batareyaları buraxacaqlar.

İxtisar qərarından sonra keçmiş "SolarCity"nin 60 filialından azı 10-u bağlanacaq. Bundan başqa, "Tesla" tikinti materialları mağazası "Home Depot" ilə müqaviləni də dayandıracaq. Əvəzində şirkət enerji yığıcılarını öz ticarət nöqtələri və internet vasitəsilə satacaq.

Qeyd edək ki, 2018-ci ilin ilk rübünü "Tesla" 710 milyon dollar zərərlə başa vurub.

Milli.Az

Mənbə: milli.az

Pin It

Şərh yazın

Sizin e-poçt ünvanınız gizli saxlanılacaq, saytda heç kimə görsənməyəcək. Zəruri olan sahələr * ilə işarələnib

Siz bu HTML etiket və atributlardan istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>