Qonşunu balta ilə öldürüb soyuducuda gizlətdi -

Rusiyanın Petropavlovsk-Kamçatka diyarında dəhşətli cinayət hadisəsi baş verib.

Milli.Az teleqraf.com-a istinadən bildirir ki, polisə 48 yaşlı kişinin itməsi ilə bağlı müraciət daxil olub.

Aparılan araşdırma nəticəsində onun 41 yaşlı həmkəndlisi tərəfindən öldürüldüyü məlum olub.

Polisin məlumatına görə, cinayəti törədən şəxs hadisə baş verən gün içkili olub. O, qonşuna baş çəkməyə gedib. Bu zaman onların arasında mübahisə düşüb. Gözlənilmədən qonaq cibindəki bıçaqla ev yiyəsini vurub. Daha sonra baltanı əlinə alaraq qonşusunun boyun və baş nahiyəsindən bir neçə zərbə endirib.

Mərhum aldığı xəsarətdən hadisə yerində keçinib. O, cəsədi əvvəlcə soyuducuda gizlədib. Sonra isə onu şəhərin qırağındakı kanala atıb.

Faktla bağlı cinayət işi açılıb. Cinayətkarı 15 il azadlıqdan məhrum etmə cəzası gözləyir.

Milli.Az

Mənbə: milli.az

Pin It

Şərh yazın

Sizin e-poçt ünvanınız gizli saxlanılacaq, saytda heç kimə görsənməyəcək. Zəruri olan sahələr * ilə işarələnib

Siz bu HTML etiket və atributlardan istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>