Dünyada qaçqınların sayı rekord həddə çatıb

Dünyada qaçqınların sayı 2017-ci ildə rekord həddə – 68,5 milyona çatıb.

Milli.Az report-a istinadən xəbər verir ki, bu barədə BMT-nin Qaçqınların işi üzrə ali komissarlığı iyunun 19-da məlumat yayıb.

Bildirilib ki, göstərilən rəqəmin yarısını yeniyetmələr təşkil edir.

Məlumata əsasən, son hesabat dövründə qaçqınların sayı dünya üzrə 3,1 milyon nəfər çoxalıb. Qaçqınların çoxu, 40 milyonu öz ölkələrinin daxilində yerlərini dəyişənlərdir.

Qaçqınların çoxu Suriya, Əfqanıstan, Cənubi Sudan, Myanma və Somalidəndir. Onların 85 faizi adambaşına düşən gəlirin orta səviyyəsi az olan ölkələrin, xüsusi ilə Livan, Pakistan və Uqanda vətəndaşlarıdır.  

Milli.Az

Mənbə: milli.az

Pin It

Şərh yazın

Sizin e-poçt ünvanınız gizli saxlanılacaq, saytda heç kimə görsənməyəcək. Zəruri olan sahələr * ilə işarələnib

Siz bu HTML etiket və atributlardan istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>