İsveçin Malmö şəhərindəki atışmada ölənlərin sayı artıb -

İsveçin Malmö şəhərində baş verən atışmada ölənlərin sayı 2 nəfərə çatıb.

Milli.Az "Report"a istinadən bildirir ki, bu barədə polisin press-relizində deyilir.

Hüquq-mühafizə orqanlarının məlumatına görə, atışma zamanı yaralanmış daha 1 nəfər – 29 yaşlı kişi xəstəxanada ölüb. Daha əvvəl xəstəxanada 18 yaşlı yaralının öldüyü bildirilirdi.

Qeyd edək ki, hadisə zamanı 5 nəfər xəsarət alıb. Onlar xəstəxanaya yerləşdirilib.

Hadisəyə terror aktı kimi baxılır.

02:31

İsveçin cənubundakı Malmö şəhərində baş verən atışmada yaralananlardan biri ölüb.

Milli.Az "Report"a istinadən bildirir ki, bu barədə şəhərin polisi məlumat yayıb.

"Yaralananlardan biri – 18 yaşlı kişi xəstəxanada ölüb", – deyə mətbuat üçün açıqlamada bildirilir.

Hadisə yerli vaxtla saat 20:13-də baş verib. Xəstəxanaya 5 yaralı gətirilib. Atışmanın səbəbi hələ məlum deyil. Polis yaralıların şəxsiyyətini müəyyənləşdirir.

Hələlik hadisə ilə bağlı saxlanılanıların olması haqda xəbər yoxdur.

"Sydsvenskan" qəzetinin xəbərinə görə, hadisə şəhərin mərkəzində baş verib. 

Milli.Az

Mənbə: milli.az

Pin It

Şərh yazın

Sizin e-poçt ünvanınız gizli saxlanılacaq, saytda heç kimə görsənməyəcək. Zəruri olan sahələr * ilə işarələnib

Siz bu HTML etiket və atributlardan istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>