“2017-ci ildən etibarən…”

OPEK-in prezidenti və Birləşmiş Ərəb Əmirliklərinin Energetika və Sənaye naziri Suheil əl-Mazrui bazar ertəsi bildirdi ki, dünya neft bazarı getdikcə balansına yaxınlaşır.

Milli.Az Trend-ə istinadən bildirir ki, onun sözlərinə görə, bu məsələ iyunun 22-də Vyanada keçiriləcək OPEK-in növbəti toplantısının əsas müzakirə mövzusu olacaq.

"2017-ci ildən etibarən neft ehtiyyatlarının səviyyəsi xeyli dərəcədə azalıb və neft bazarı daha da tarazlığa yaxınlaşır", – nazir deyib.

Eyni zamanda, o qeyd edib ki, təşkilat "bəzi idxalçı ölkələrin və istehlakçıların dünya bazarında mümkün neft defisiti ilə bağlı narahatlıqlarını nəzərə almalıdır".

Milli.Az

Mənbə: milli.az

Pin It

Şərh yazın

Sizin e-poçt ünvanınız gizli saxlanılacaq, saytda heç kimə görsənməyəcək. Zəruri olan sahələr * ilə işarələnib

Siz bu HTML etiket və atributlardan istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>