Lavrov və Pompeo nəyi müzakirə etdilər?

Rusiya xarici işlər naziri Sergey Lavrov və ABŞ dövlət katibi Mayk Pompeo bazar ertəsi telefon danışıqları aparıb. Diqqət mərkəzində Koreya yarımadasında olan vəziyyət, eləcə də yaxın gələcəkdə Rusiya və ABŞ əlaqələrinin genişlənməsi məsələləri idi. Milli.Az Trend-ə istinadən bildirir ki, bu haqda Rusiya xarici işlər nazirliyi məlumat verilib.

"Diqqət mərkəzində BMT-nin Təhlükəsizlik Şurasının 2254 nömrəli qətnaməsi əsasında Suriya münaqişəsinin həlli, eləcə də Koreya yarımadasında olan problemlərin həlli məsələləri dururdu. Lavrov və Pompeo ikitərəfli münasibətlərin bəzi aspektlərini, eləcə də Rusiya və ABŞ arasında yaxına zamanlarda siyasi əlaqələrin cədvəlini müzakirə etdilər", – Rusiya xarici işlər nazirliyi bildirib.

Bu danışıqların Amerika tərəfinin təşəbbüsü ilə keçirildiyi qeyd edilib.

Milli.Az

Mənbə: milli.az

Pin It

Şərh yazın

Sizin e-poçt ünvanınız gizli saxlanılacaq, saytda heç kimə görsənməyəcək. Zəruri olan sahələr * ilə işarələnib

Siz bu HTML etiket və atributlardan istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>