İspan kralının kürəkəni qadın həbsxanasında

İspaniyada şahzadə Kristinanın həyat yoldaşı İnyaki Urdanqarin altı il ərzində cəzasını çəkəcəyi həbsxanaya gətirilib.

Milli.Az oxu.az-a istinadla xəbər verir ki, bu haqda "El Confidencial" məlumat yayıb.

Nəşrin məlumatına görə, söhbət Madriddən 100 km aralıda yerləşən "Briyeva" qadın həbsxanasından gedir.

Qəzetin məlumatına əsasən, həbsxanada beş kameradan ibarət ayrıca korpus, yeməkxana,  ailə üzvləri ilə görüş üçün kameralar var.

Dövlət vəsaitlərini talan etməkdə təqsirli bilinən Urdanqarin kişilər üçün nəzərdə tutulan xüsusi modulda saxlanılacaq. Məlumata əsasən, ona 80 variant təklif olunub, Urdanqarin məhz qadın həbsxanasını seçib.

Milli.Az

Mənbə: milli.az

Pin It

Şərh yazın

Sizin e-poçt ünvanınız gizli saxlanılacaq, saytda heç kimə görsənməyəcək. Zəruri olan sahələr * ilə işarələnib

Siz bu HTML etiket və atributlardan istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>