Rusiyanın raket gəmiləri Aralıq dənizinə daxil olub

Rusiynın "Qrad Sviyajsk" və "Velikiy Ustyuq" raket gəmiləri Bosfor və Dardanel boğazlarından keçərək Aralıq dənizinə daxil olub.

Milli.Az oxu.az-a istinadən bildirir ki, bu haqda "RİA Novosti" Rusiyanın Qara dəniz hərbi dəniz donanmasının informasiya təminatı şöbəsinə istinadən məlumat yayıb.

Hərbi gəmilərin Aralıq dənizinin hövzəsinə daxil olması planlı olub. Raket gəmiləri uzaq dəniz zonasında olan Rusiya hərbi dəniz qüvvələrinə qoşulacaq.

Hazırda Aralıq dənizində Rusiyaya aid 15 döyüş və maddi texniki təchizat gəmisi üzür. Onların arasında qanadlı "Kalibr" raketləri ilə təchiz olunmuş "Admiral Qriqoroviç" freqatı da var.

Milli.Az

Mənbə: milli.az

Pin It

Şərh yazın

Sizin e-poçt ünvanınız gizli saxlanılacaq, saytda heç kimə görsənməyəcək. Zəruri olan sahələr * ilə işarələnib

Siz bu HTML etiket və atributlardan istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>