Uşağın üzərinə qab-qacağla dolu şkaf aşıb

Ötən gün Şamaxı rayonunda uşaq bədbəxt hadisə nəticəsində xəsarət alıb.

Milli.Az report.az-a istinadən bildirir ki, şəhərin Rəsulzadə küçəsi, 22 ünvanında yaşayan 2010-cu il təvəllüdlü yerli sakin Babayev Elşən Mətləb oğlunun üzərinə içərisi qab-qacağla dolu şkaf aşıb.

O, ailəsi tərəfindən ağır vəziyyətdə Şamaxı Rayon Mərkəzi Xəstəxanasına aparılıb.

Cərrahiyyə şöbəsindən verilən məlumata görə, E.Babayev xəstəxanaya ağır-kəllə beyin travması, sağ qulaq nahiyəsinin cırılmış yarası ilə daxil olub. Uşağa ilkin tibbi yardım göstərilib və hazırda vəziyəti orta-ağır qiymətləndirilir.

E.Babayevin valideynlərinin sözlərinə görə, hadisə uşaq şkafın yuxarı hissəsində özünə aid daxılı götürərkən baş verib. Səsə gələn valideynlər onu şkafın altından çıxarıblar.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az

Mənbə: milli.az

Pin It

Şərh yazın

Sizin e-poçt ünvanınız gizli saxlanılacaq, saytda heç kimə görsənməyəcək. Zəruri olan sahələr * ilə işarələnib

Siz bu HTML etiket və atributlardan istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>